Haqqımızda


Azərbaycanın və eləcə də Qafqazın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk teatrı olan ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor və sosial novator Nihad Qulamzadə tərəfindən yaradılmışdır. Yaranması ilə bağlı ictimaiyyətə elan verildikdən dərhal sonra bir çoxları ƏSA Teatrının Azərbaycan incəsənətində inqilabi təşəbbüs olduğunu və yaxud son illər Azərbaycanda baş verən ən müsbət hadisə olduğunu bildiriblər. Müstəqil şəkildə fəaliyyət göstərən teatr heç bir qurumdan və şəxsdən maliyyələşmədən ilk addımlarını atmışdır. Teatrın fəaliyyətə başlaması üçün ilkin maliyyə dəstəyini teatrın hazırkı baş meneceri Nicat Qulam təmin etmişdir.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını bərpa etmək və sürətləndirmək, əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalarına təşviq etmək və s. bu kimi mütərəqqi məqsədlər ƏSA Teatrının yaranmağına səbəb olmuşdur. Qısa zamanda öz üslubu ilə ictimai rəğbət qazana və digər əlilliyi olan şəxslərdə motivasiya yarada bilmişdir. Belə ki, ƏSA-ya qoşulmaq üçün əlilliyi olan və olmayan şəxslər teatra çoxsaylı müraciətlər ünvanlamışlar. Beş nəfərlik heyətlə fəaliyyətə başlayan ƏSA Teatrı müəyyən zamanlarda otuz nəfərdən çox heyətlə fəaliyyətinə davam etmişdir. İlk bir il ərzində əlilliyi olan və olmayan aktyorların iştirakı ilə dörd tamaşa və bir performans hazırlanmışdır. Bunlar fasilələrlə bir neçə dəfə nümayiş olunub.

ƏSA adı bir çoxlarının istifadə etdiyi əl ağacı mənasını daşıyır, eyni zamanda əngəlsizsərhədsizazad sözlərini özündə birləşdirir.

Tamaşa və layihələr:

Tamaşanın adıMüəllifƏsərin original adıQuruluşçu rejissorRejissorProdüserTarix
DUMB psixodramasıNihad QulamzadəDUMB mərhələsinin əsasıNihad QulamzadəYoxdurNicat Qulam 2016
İradəni işə salNihad QulamzadəKapoeyra üslubunda inkluziv performansNihad QulamzadəYoxdurYoxdur 2017
YuxumUilyam ŞekspirYay gecəsində yuxuŞamil İbrahimovNihad QulamzadəNicat Qulam  2017
Adamlar və siçanlarCon SteynbekSiçanlar və insanlar haqqındaNihad QulamzadəElşən ƏsgərovNicat Qulam 2017
Paris partladıMirzə Fətəli AxundzadəHekayəti Müsyo Jordan və Dərviş Məstəli şahElşən ƏsgərovNihad QulamzadəNicat Qulam, Elxan Xanəlizadə 2018
Göy quşMoris MeterlinkMavi quşNihad QulamzadəSəmayə AğayarovaNicat Qulam, Elxan Xanəlizadə 2018
Sirri-ƏnəlhəqNihad QulamzadəNəsiminin həyat və yaradıcılığıNihad QulamzadəYoxdurNicat Qulam, Elxan Xanəlizadə 2019
ANDJan Batist MolyerXəsisNihad QulamzadəSəmayə AğayarovaNicat Qulam 2019
BərabərikNihad Qulamzadəİnklüziv pritçaNihad QulamzadəSəmayə AğayarovaNicat Qulam 2019
Sevgi, hörmət və bərabərlik naminə
Nicat QulamSosial çarxNihad QulamzadəElşən ƏsgərovNicat Qulam 2018